İş barədə məlumatŞirkət haqqında:
2017-ci ildə təsis olunmuş “LIBRAFF” qısa bir zaman ərzində Azərbaycan kitab ticarəti sahəsində bir brend kimi təqdir olunan ən böyük modern kitab mağazaları şəbəkəsidir. Şirkət Bakı şəhərində 5, həmçinin Gəncə və Sumqayıt şəhərlərində mağazaları ilə təmsil olunur. Oxucular aldıqları kitabları mağazalarda fəaliyyət göstərən “STORIES COFFEE” kafe şəbəkəsinin xidmətlərindən faydalanaraq rahat mütaliə edə bilirlər.
- İş yeri Tblisi prospekti yaxınlığında yerləşir
- Əmək haqqı 550-650 AZN
- İş qrafiki: 6 günlük, 09:00-dan - 18:00-dək 09:00-dan - 15:00-dək
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan malları düzgün və səliqəli şəkildə yerləşdirmək
- Anbara daxil olan sifarişləri vaxtında hazırlamaq
- Təhvil-təslim proseduruna tam əməl etmək
- Malları düzgün təhvil vermək və müvafiq sənədlərə lazımı məlumatları qeyd etmək
- Anbarın səliqəsi və təhlükəsizliyini təmin etmək
- Sayım prosesində iştirak etmək və müvafiq hesabatlar vermək
- Rəhbərliyin verdiyi digər göstərişləri yerinə yetirmək
Namizədə tələblər
- Yalnız kişi namizədin olması
- Əl terminalından istifadə etmə bacarığı
- Fiziki olaraq sağlam
- Səliqəli və məsuliyyətli
- Bu sahədə 1 ilə qədər iş təcrübəsi
Müraciət üçün mail: sayt yazmaq olmaz!
Mövzu yerində vakansiyanın adı qeyd olunmayan müraciətlərə baxılmayacaq.