İş barədə məlumat- Bütün mühasibatlıq əməliyyatları üzrə daxili və xarici,mal,iş və xidmətlərin alışı,satışı və silinməsi işlərinin aparılması
- Əmək haqqı və əmək haqqına bərabər bütün ödənişlərin hesablanması, ödənilməsi eyni zamanda DSMF və Statistika hesabatlarının aparılması
- Əsas vəsaitlərin uçotu. Amortizasiya və təmir xərclərinin hesablanması.
- İnternet-banking vasitəsilə bütün bank əməliyyatlarının 1C proqramında aparılması
- E-taxes,E -New-taxes,Emas,E-gov,E-customs.az portallarından istifadə
- ƏDV,ÖMV,Sadələşmiş,Əmlak vergi bəyannamələrinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanması və vaxtında aidiyyəti quruma göndərilməsi
- Eyni zamanda Mənfəət və Gəlir vergisi bəyannamələrinin hazırlanması
- E-qaimə fakturaların yazılması, qəbulu və yoxlanılması, 1C proqramında işlərin aparılması
- Kassa əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Gəlir, xərc , balans hesablanması
- Direktorun tələb etdiyi operativ məlumat və hesabatların hazırlanması
- Yuxarıda sadalanan bütün mühasibatlıq əməliyyatlarının müvafiq sənəd proseduru və kargüzarlığının icrası
- İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.
- Həftə içi 5 iş günü saat 09:45-dan -18:45-dək (şənbə günü qısa iş günüdür)
- Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)
Namizədə tələblər
- İqtisadiyyat, mühasibatlıq və ya maliyyə üzrə ali təhsil
- Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik
- Mühasibat uçotu standartlarının(qaydalarının) tətbiqi
- Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi
- Kompüter bilikəri -Word , Excel -düsturlarla uçotun tətbiqi
- 1C 8.3 kompleks proqramlaşdırma tətbiqi
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
Biz təklif edirik:
- Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
- Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
- Peşəkar və karyera yüksəlişi üçün imkanlar
- Rəqabətli əmək haqqı və müavinətlər paketi
- Yeni ideya və yanaşmalara açıq mühit
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.