İş barədə məlumatVəzifə öhdəlikləri:
- Vergi məcəlləsinin və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunun qurulması
- Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması
- 1C (8.3) mühasibat proqramında ayın və ilin bağlanması ilə bağlı bütün reqlament əməliyyatlarını işləmək və dövrün bağlanılması
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- Əmək haqqı, məzuniyyət haqlarının hesablanması
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və uçotunun həyata keçirilməsinə nəzarət etmək
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi
İş şəraiti:
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
- Əmək haqqı: 1000-1500 AZN
- İş günləri: həftə içi 5 gün, 09:00-dan -18:00-dək
Namizədə tələblər
- Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat sahəsi üzrə)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- MS Office proqramlara dair biliyi (Xüsusilə MS Excel)
- 1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
- Azərbaycan və rus dili səlist, ingilis dili orta
- Yaş 22-40
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Aparıcı Mühasib” qeyd edərək, öz CV-lərini mail ünvanına göndərə bilərlər;