AQRONOM

1300 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Beyləqan
Yaş 27 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Ruslan Nəsirov
Telefon (050) 271-82-84
E-mail r.nesirov@sabacrops.az
Elanın tarixi 23-09-2024
Bitmə tarixi 23-10-2024
İş barədə məlumat

- Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək.
- Torpağın məhsuldarlığını artırmaq, təsərrüfatdaxili yerquruluşu işlərini aparmaq, təbii torpaqları yaxşılaşdırmaq, sahələri eroziyadan
- Dənlilərin becərilməsini, suvarılmasını, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasını, zərərvericilərə qarşı mübarizə işlərini, mineral və üzvü gübrələrin saxlanılmasını və sahələrə verilməsini təşkil edir.
- Bitkiçilik sahəsində əməyin və texnikanın təhlükəsiz işləməsini, ekoloji mühitin qorunmasını, habelə müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin edir.
- Ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir.
- Kənd təsərrüfatı işlərini optimal müddətdə və yüksək keyfiyyətlə görülməsinə nail olur.
- Texnoloji xəritələrin və aqrotexniki pasportların tərtib edir. İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bitki növləri üzrə texnoloji xəritələr hazırlayır və bu işə nəzarət edir.
- Hər tədbirin nə vaxt, bitki növləri üzrə hansı dövrdə aparılması üzrə tövsiyələr hazırlayır və onların düzgün tətbiq edilməsinə nəzarət etməklə bu işlərə məsuliyyət daşıyır.

İş şəraiti:
- İş yeri: Beylaqan rayonu

Təminatlar:
- Korporativ nömrə
- Nəqliyyat vasitəsi
- Yanacaq

Əmək haqqı:
- Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur
- İllik mükafat

Namizədə tələblər

- Ali təhsil (aqranomluq, aqrokimya, bitki mühafizəsi və ya torpaqşünaslıq üzrə)
- Xaricdə bakalavr, maqistratura və ya doktorantura təhsili olan namizədlərə üstünlük verilir
- Xaricdə təcrübə və ya ixtisasartırma proqramlarında iştrak etmiş namizədlərə üstünlük verilir
- Aqronomluq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi
- Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər
- Kənd təsərrüfatı texnikaları ilə bağlı məlumatlar, işləmə prinsipləri barədə biliklər
- Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı biliklər
27-50 yaş həddi
- İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
- Komandada işləmək bacarığı
- Sürücülük vəsiqəsi olmalı
- MS Office, İnternet, E-Mail-dən istifadəni bilməli;

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.