İş barədə məlumat- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi
- Hesablamaların və hesablama əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi
- Mühasibat (maliyyə) və idarəetmə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi
- Vergi, statistika və DSMF hesabatların vaxtında hazırlanması və təqdim edilməsi
- Maliyyə planlaması, büdcə və proqnozlaşdırma işlərinin həyata keçirilməsi
- İşlənib hazırlanmış iş planlarına, metodik tapşırıqlara və işlərin yerinə yetirilməsi məsələlərinə baxılmasında, eləcə də əməyin, idarəetmənin mütərəqqi formalarının, plan və hesabat sənədlərinin təkmilləşdirilməsində iştirak edilməsi.
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaqdır
- İş qrafiki : yarım iş günü (5 iş günü)
- İş saatları: 09:00-dan - 13:00-dək
- İş yeri: “ASK Security” MMC (Bakı şəh., Tbilisi pr. ev 35, məh.1033)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərinin mövzu yerinə “Baş mühasib” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Namizədə tələblər
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə) Magistr, MBA arzu olunandır
- Baş mühasib kimi 3 ildən az olmayaraq iş təcrübəsi
- Səlis azərbaycan dili (ingilis və yarus dili bilikləri arzuolunandır)
- Komandada işləmək bacarığı
- Word, Excel, Power Point və Outlook proqramlarını yaxşı səviyyədə bilmək
- PMS sertifikatına malik olmaq, digər sertifikatlarının olması üstünlükdür.