BAŞ MÜHASİB

1300 - 1800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 26 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Hikmət bəy
Telefon (050) 272-10-13
E-mail ismael@fintex.az
Elanın tarixi 15-01-2025
Bitmə tarixi 15-02-2025
İş barədə məlumat

- 1C proqramında mühasibat uçotunun avtomatlaşdırılmasının tətbiqi
- Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi
- Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb, işlənməsi
- Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi
- İnventarlaşdırmada iştirak edilməsi
- Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etməsi
- Hesabat üçün məlumatların hazırlaması, mühasibat sənədlərinin qorunmasına nəzarətin edilməsi
- Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi
- Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi
- Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks olunmasını təmin edilməsi;
- Maliyyə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Pul vəsaitlərinin hərəkəti hesabatların təqdim edilməsi
- Tapşırıqların operativ icra edilməsi.

- Əmək haqqı: ştat cədvəlinə uyğun
- İş qrafiki: 5 iş günü, 09:00-dan – 18:00-dək
- Korporativ nömrə və danışıq balansı,nahar
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Namizədə tələblər

- PMS setifikatı-üstünlük
- Vergi uçotu sertifikatı-üstünlük
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir)
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilməli
- AR Vergi Məcəlləsini bilməli
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları
- 1C 8.3 ERP proqramında yüksək səviyyədə istifadə bacarıqları
- Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il
- Azərbaycan dili mükəmməl səviyyədə, rus və ingilis dilləri arzuolunandır.

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “mühasib” sözlərini qeyd edərək sayt yazmaq olmaz!ünvanına göndərsinlər.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2025 года.