İş barədə məlumatŞirkət haqqında:
Azəri Med QSC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir.
Son 15 il ərzində dünyanın 40-dan çox ölkəsində səhiyyə şirkətləri ilə əməkdaşlıq edirik və 250-dən artıq saya malik Apteklər Şəbəkəmiz uğurla fəaliyyət göstərir.
Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və digər məhsullarla təmin edirik.
Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik.
Azəri Med QSC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda dəstəkçi olmaq!
Peşəkar komandamıza qoşulmaq üçün “Əczaçı - operator” axtarırıq. Əgər əczaçılıq sahəsində bilik və təcrübəniz varsa, şirkətimiz sizə komandamızın hissəsi olmaq üçün unikal imkan təklif edirik!
Vəzifə öhdəlikləri:
- Dərman preparatları və tibbi ləvazimatların sifariş prosesinin həyata keçirilməsi
- Zəng və ya onlayn tətbiq üzrə sifarişlərin qəbul edilməsi
- Sifarişin dəqiq və vaxtında yerinə yetirilməsi
- Müştərilərə dəqiq, düzgün və dolğun məlumat verilməsi.
İş şəraiti:
- İş qrafiki: Növbəli
- Əmək haqqı: 400-450 AZN
- Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30
Namizədə tələblər
- Təhsil: Tibb təhsili (Ali və ya orta ixtisas təhsili)
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür
- Dil bilikləri: azərbaycan dili mütləq, rus dili arzuolunandır
- Effektiv kommunikasiya bacarığı
- Səbrli və işində məsuliyyətli.