İş barədə məlumat- İsitmə və soyutma, hava tədarükü sistemlərin, avadanlıqların mexaniki, elektron və avtomatlaşdırılmış hissələrində müayinə, texniki xidmət, təmir-bərpa və sazlama və quraşdırma işlərinin icra edilməsi
- Mexaniki sistemlərdə yaranan potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyənləşdirilməsi və aradan qaldırılması.
İsitmə-soyutma, hava tədarükü sistemlərində mövcud elementlərin əvəzlənməsi, yeni avadanlıqların/elementlərin quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması
- Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi
- İcra edilən işlərin müvafiq hesabatlarının təqdim edilməsi
- Sənaye təyinatlı və digər bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma aparmaq.
Namizədə tələblər
- Namizədin müvafiq vəzifəyə uyğun olaraq, 3 ildən çox iş təcrübəsinin olması.
- Ali təhsilli olması.
- İşə qarşı məhsuliyyətli, dəqiq, səmimi, nizam-intizamlı
- Tapşırılan işi vaxtında yerinə yetirmək