İş barədə məlumat- Sex rəisi əmək şəraitinin vəziyyətinə operativ nəzarət edir
- Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s üçün təchizat planının hazırlanması, müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə nəzarət edir və dəstək göstərir
- Müəssisədə istehsalın keyfiyyətinə nəzarət edir və istehsalın artırılmasına dair tədbirlər həyata keçirir
- İstehsal zərurəti ilə bağlı xammal qəbulu və gündəlik ehtiyat qalığının hesabatını aparır
- Müəssisədə çalışan işçilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edir
- Avadanlıq və texniki vasitələrin saz vəziyyətdə olmasına nəzarət edir
- Müvafiq olaraq periodik təmir baxım işlərini planlaşdırır və həyata keçirir
- Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət edir
- Birbaşa rəhbərliyin tapşırıq və sərəncamlarını yerinə yetirir
- İş rejimi: 6 günlük
- İş saatı: həftə içi 08:00-dan - 18:00-dək