İXTİSAS MÜHƏNDİSİ (KİMYA, BİOTEXNOLOGİYA, ƏCZAÇILIQ)

2000 - 2500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 24 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Ali Ertan Gürleyen
Telefon +994125050810
E-mail info@gencaucasus.az
Elanın tarixi 10-09-2024
Bitmə tarixi 10-10-2024
İş barədə məlumat

- Avadanlıq və sistem kvalifikasiyası, təmizləmə və proseslərin qiymətləndirilməsi, Master (baş) planlarının hazırlanması və yenilənməsi
- Kvalifikasiya, Təmizləmə və Proseslərin Qiymətləndirilməsi protokollarının və sınaqlarının hazırlanması, zəruri hallarda testlərin aparılması, monitorinqi və nəzarəti
- Digər şöbələrlə validasiya/ kvalifikasiya tədqiqatlarının (steril, qeyri-steril istehsal və qablaşdırma avadanlığı, laboratoriya cihazları, köməkçi sistemlər, kompüterlə idarə olunan sistemlər, proses və təmizləmə validasiyaları) təşkili və onların icrasına nəzarət
- Doğrulama tədqiqatlarının nəticələrini toplamaq, qiymətləndirmək və hesabat vermək
- Zəruri hallarda risk analizlərinin aparılması ilə görüləcək tədbirlərin müəyyən edilməsi.

Namizədə tələblər

Ümumi İxtisaslar və işin təsviri:
- Türkiyənin ən sürətlə böyüyən əczaçılıq şirkətlərindən biri olaraq 20 ildən artıqdır ki, innovativ müalicə üsulları və unikal həlləri ilə səhiyyə sənayesinin xidmətindəyik. - - Güclü qlobal iş ortaqlarımız, ən müasir istehsal obyektimiz və böyük Elmi Tədqiqat sərmayələri ilə biz etik və elmi prinsiplər çərçivəsində nadir xəstəliklər və qarşılanmamış sağlamlıq ehtiyacları üçün dünya miqyasında həllər təklif edirik. Biz dünya üzrə 500-dən çox işçimizlə gələcəyin əczaçılıq şirkəti olmaq üçün işləməyə davam edirik.
- Şirkətimizin Azərbaycan/Bakı şəhəri, Pirallahı Sənaye Parkında, 50.000 m2 torpaq sahəsində, 3 bloklu, 8000 m2 oturma sahəsi və ümumi qapalı sahəsi 17.000 m2 olan zavodumuza Kvalifikasiya Mühəndisi axtarışındayıq.

Tələb olunan keyfiyyətlər:
- Universitetlərin mexaniki mühəndislik, kimya mühəndiliyi, biotexnologiya, əczaçılıq fakültəsini bitirən
- Müraciət olunan vəzifəyə uyğun, qeyri-steril və steril istehsal və qablaşdırma proseslərində 1-5 il təcrübəyə malik
- Analitik düşünməyi, həllər tapmağı bacaran, nəticəyönümlü, komanda işinə meyilli, gərgin iş tempinə uyğunlaşan, detallara diqqət yetirən, növbəli işləməyi bacaran, sistemli və prinsipial
- İngilis dilini yaxşı səviyyədə oxumaq, yazmaq və danışmaq bacarığı olan
- MS Office proqramlarından istifadə etməyi bacaran
- Cari təlimatlara əməl etmək və müraciət edilən vəzifəyə uyğun hesabatlar hazırlamağı bacaran
- Öyrənməyə, özünü təkmilləşdirməyə və məlumat paylaşmağa meyilli olan
- Bakı şəhərində yaşayan və ya yaşaya biləcək.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.