İş barədə məlumatŞirkətimiz haqqında məlumat:
STP Polymer MMC partnyoru olan Borkan Group MMC yerüstü plastik boru,fitinqlər(kompozit, tullantı boru və.s )istehsalatı və satışını həyata keçirir.
- Satışların artırılması məqsədi ilə şirkətin təklif etdiyi xidmətlərin təqdimatını həyata keçirmək
- Bazarın təhlilini, korporativ müştəri haqqında informasiyanın toplanılmasını və yeni müştərilər ilə əlaqənin qurulmasını təmin etmək.
- Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə gündəlik qeydlər aparmaq və hesabatlar hazırlamaq
- Potensial müştərilərin axtarılması və yeni müştərilərin cəlb edilməsini həyata keçirmək
- Müştəri etirazları ilə işləmək və bununla əlaqədar ortaya çıxan problemləri həll etmək
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin xidmətlərinə dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək.
- İnternet və digər kanallar üzərindən potensial müştəri və tender axtarışını təmin etmək
- Potensial müştəri ola biləcək şirkətlərə ziyarət etmək və ehtiyacları analiz etmək
- Görüşə hazırlıq və təqdimat materiallarının hazırlanmasını və təqdimatını həyata keçirmək
- Ziyarət nəticələrini izləmək
- Sifarişlərin icra olunmasını təmin etmək
- Müştəridən sifarişin qəbul olunması və müvafiq şöbələrə ötürülməsini təmin etmək
- Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklif göndərmək
- Təklifləri izləmək və müştəri ilə razılaşma əldə etmək
- Maliyyə sənədlərini müştəriyə göndərmək
- Müştəri ödəmələrinin izləmək
- Ünvan: Nərimanov r. Ziya Bünyadov Pros.
Əlavə məlumat:
- İş qrafiki: Həftə içi 6 gün, saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: Sabit hissə+bonus
- AZR ƏM müvafiq olaraq işə qəbul.
Namizədə tələblər
- Xidmət sektoru üzrə 3-5 il iş təcrübəsi
- Tikinti sektoru üzrə satış təcrübəsi olan şəxslərə üstünlük verilir
- Analitik düşünmə və problemi həll etmə qabiliyyəti
- Ünsiyyət qurma və inandırma bacarığı
- Təqdimat etmə qabiliyyəti
- Vəziyyətə tez uyğunlaşa bilmə qabiliyyəti
- MS Office bilikləri
- İngilis və rus dilini bilənlərə üstünlük verilir
Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə " Korporativ Satış üzrə mütəxəssis " sözünü qeyd etməklə sayt yazmaq olmaz! elektron poçtuna göndərə bilərlər.