MEXANİK

500 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 30 - 50 yaş
Təhsil Orta xüsusi
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs TUNA QSC
Telefon (012) 311-01-50
E-mail nermin.qeribova@tuna.az
Elanın tarixi 11-09-2024
Bitmə tarixi 11-10-2024
İş barədə məlumat

- İş qrafiki : həftənin 6 iş günü (bazar günü- istirahət günü)
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqların təmirini növbələşdirir
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsində iştirak edir
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir
- Fəaliyyətin monitorinqini aparmaq, qiymətləndirmək, hesabatlar hazırlamaq
İqtisadiyyatın əsaslarını, əməyin elmi təşkili tələblərini, istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını müəssisənin spesifik xüsusiyyətlərini, onun inkişaf perspektivlərini; müəssisədə təmir xidmətinin təşkilini; avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını
- Defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu; təlimatların tərtib edilmə qaydasını; avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını
- Tabeçiliyində olan işçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası, əmək və istehsalat intizamı, istehsalat sanitariyası və yanğından mühafizənin, daxili əmək nizam-intizam qaydalarına və normalarına riayət edilməsinə nəzarət edir.

Namizədə tələblər

- Avtomobillərə və texnikalara texniki xidmətin göstərilməsi və təmirin aparılması texnologiyasını və təşkilini bilməlidir
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək)
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli
- Komandada işləmək bacarığına sahib olmalı
- Analitik düşünmə qabliyyəti
- Analiz və idarəetmə bacarığı.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.