İş barədə məlumat- 2004-cü ildə qurulan Başak Group MMC, kirəmit sənayesində köklü bir tarixə malik lider şirkətllərdən 2004-cü ildə qurulan “Başak Group” MMC, kirəmit sənayesində köklü bir tarixə malik lider şirkətllərdən biridir.
- Yerli brendimiz olan “Özkirəmit” sektordakı lider mövqeyini qorumaqla, şirkətimiz Avropanın və Türkiyənin tanınmış kirəmit markaları olan SSQ, WIENERBERGER, KILIÇOĞLU, MEGARON, GÜROK KİREMİT, ONUR KİREMİT, eyni zamanda, öz brendimiz olan Sultan Kirəmitin Azərbaycanda rəsmi distribütorluğunu öz üzərinə götürmüşdür.
- Başak Group MMC şirkətinin növbəti qolu isə tikinti sahəsində ixtisaslaşmışdır. Dövlət və özəl layihələrin tikintisi ilə məşğul olan Bashak Group dözümlülük, etibarlılıq və təhlükəsizliyi özünün əsas prinsipi hesab edir.
- Özkirəmit olaraq müştərilərimizə ən keyfiyyətli məhsulları təqdim etməkdə qərarlıyıq. Hazırda üzərində işlədiyimiz və tamamladığımız əsas layihələrdən bəziləri: “Sea Breeze Resort” “Villa Siena” “Sakit Göl” “Mehmandarov Malikanəsi” “Şuşa Xalçaçılıq Muzeyi” “Şuşa yaradıcılıq mərkəzi” “Şuşa şəhəri çoxmərtəbəli binalar” “Şuşa Yasəmən Hotel” “Laçın Layihəmiz”.
Vəzifə öhdəlikləri:
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və köçürülməsini təmin etmək
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək
- Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Əmək haqqının hesablanılması və ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- E-qaimələrin, təhvil-təslim aktlarının, müqavilələrin hazırlanması
- Məzuniyyət, xəstəlik vərəqələrinin və son haqq-hesabın hesablanması
- Debitor və kreditorlara nəzarət edilməsi
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkili və nəzarət edilməsi
İş qrafiki:
- Həftə içi 5 iş günü saat 09:00-dan - 18:00-dək
- Nahar şirkət tərəfindən verilir
- Korporativ nömrə (korporativ paket)
- Əməkhaqqı: 1500-1700 AZN (bilik-bacarığa əsasən artandır)
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Namizədə tələblər
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
- Müvafiq sahə üzrə 5 ildən yuxarı təcrübə
- Azərbaycan dili ( rus və ingilis dili üstünlükdür)
- MS office və 1 C 8.3 proqramı biliyi (mütləqdir)
- Ünsiyyət qurmaq bacarığı
- Kollektivdə işləmək bacarığı
- Vergi Məcəlləsi üzrə biliklər.
- Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s)
- Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli
- Tikinti və satış sahəsi üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Tələblərə uyğun şəxslər CV formalarını sayt yazmaq olmaz! electron poçt ünvanına, mövzu hissəsinə “Mühasib” yazaraq göndərə bilərlər. Qeyd edək ki, yalnız təcrübəsi olan şəxslərin cv formalarına baxılacaq.