1000 - 1300 ₼
Şəhər | Bakı |
Yaş | 25 - 45 yaş |
Təhsil | Ali |
İş təcrübəsi | 1 ildən 3 ilə qədər |
Əlaqədar şəxs | BlackWell MMC |
Telefon | (012) 488-68-07 |
hr@blackwell.az | |
Elanın tarixi | 14-08-2024 |
Bitmə tarixi | 14-09-2024 |
- Ali təhsil
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu bilmək
- Azərbaycan Respublikası Vergi Məcəlləsini bilmək
- Satış sahəsində mühasib kimi 3 ilədək iş təcrübəsi
- İngilis dili biliyi mütləqdir
- Microsoft Office, vergi və muhasibatlıq proqramlarında işləmə bacarığı
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Əsas vəzifə və öhdəliklər:
• Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin tərtib etmək və vergi orqanlarına təqdim etmək;
• Vergi və digər orqanlardan daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
• Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsini həyata keçirmək;
• DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlanması və təqdim edilməsi;
• Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət;
• Bank, əməkhaqqı sənədlərinin işlənməsi, işçilərlə hesablaşmaların təmin edilməsi;
• Hesablanmış və ödənilmiş əmək haqqının uçotunun aparılması və sənədlərin tamlığına nəzarət;
• E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
• Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
• İlkin mühasibat uçotu sənədlərinin, E-qaimələrin uçotunun aparılması;
• Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsi;
• Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
• Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini icra etmək;
• Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-maddi aktivlərin, təsərrüfat mallarının, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılması;
• İnventarizasiya işinin təşkilində iştirak etmək;
• Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi;