MÜHASİB

0 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 23 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Baku Accountants Associates MMC
Telefon +994125264411
E-mail office@baa.az
Elanın tarixi 15-01-2025
Bitmə tarixi 15-02-2025
İş barədə məlumat

Baku Accountants Associates
Vəzifə öhdəlikləri:
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil.
- İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası)
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması
- Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması.
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
- Maliyyə hesabatlarının tərtib edilməsi
- Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək.

İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək
- Şənbə - qısa iş günü
- İstirahət: Bazar günləri
- Əmək haqqı : razılaşma yolu ilə
- Ünvan: Heydər Əliyev prospekti 115 Sport plaza

Namizədə tələblər

- Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- İş təcrübəsi : müvafiq sahədə minimum 2 (iki) il
- Dil biliyi: rus dili biliyi mütləqdir, ingilis dili arzuolunandır.
- Office proqramlarında, əsasən EXCEL-də yaxşı səviyyədə işləmə bacarığı olmalıdır.
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir
- Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərinizi sayt yazmaq olmaz! elektron ünvanına Subject/Mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.
Qeyd: Namizədlərdən xahiş olunur,tələblərə diqqətlə nəzər yetirib,daha sonra CV-lərinizi qeyd olunan ünvana göndərəsiniz.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2025 года.