İş barədə məlumatİş qrafiki:
həftə içi - 09:00-dan 18:00-dək, şənbə günü-qısa iş günü (10:00-13:00) Nahar fasiləsi - 13:00-dan 14:00-dək
Namizəd mühəndis təhsilinə malik olmalıdır – profillər: avtomatika mühəndisliyi, elektrik və elektronik mühəndisliyi, avaisiya mühəndisliyi, ətraf mühit mühəndisliyi.
Vəzifə öhdəlikləri:
- Təchizat prosesini vaxtında və prosedura uyğun icra etmək.
- Satınalma sifarişlərinin idarə edilməsini həyata keçirmək (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması)
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili
- Satınalma prosesinin əsas icraçısı olaraq sənədləşmə işlərində bütün tərəfdaşlarla münasibətlərin əlaqələndirlməsi
- Təklif olunan vaxt qrafiklərinə uyğun olaraq bütün müştəri ehtiyaclarının və tələblərinin qarşılanması.
- Portfelə təsir göstərə biləcək bazardakı tendensiyalardan və müştərilərin ehtiyaclarından daim məlumatlı olmaq.
- Layihələrin idarə edilməsində və icrasında Layihənin idarə olunması üzrə məsul şəxsin layihənin əlaqələndirilməsi, nəzarətdə saxlanması, icrasına dəstək verilməsi və statusu barədə məlumatın yenilənməsi kimi vəzifələrin icrası.