İş barədə məlumat“Azəri Med QSC” - Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir.
Son 15 il ərzində dünyanın 40-dan çox ölkəsində səhiyyə şirkətləri ilə əməkdaşlıq edirik və 250-dən artıq saya malik Apteklər Şəbəkəmiz uğurla fəaliyyət göstərir.
Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və digər məhsullarla təmin edirik.
Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik.
Azəri Med QSC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda dəstəkçi olmaq!
Biz peşəkar komandamız üçün "Optika üzrə Tibbi nümayəndə" axtarırıq!
Əgər bu sahədə bilikləriniz və təcrübəniz varsa, namizədliyinizi məmnuniyyətlə dəyərləndirəcəyik!
Vəzifə öhdəlikləri:
- Gündəlik olaraq tibbi müəssisələri və aptekləri ziyarət etmək
- Təyin olunmuş optika məhsullarının tibbi müəssisələr və apteklərdə təqdimatı
- Mütəmadi olaraq görülən işlər barədə hesabatın təqdim edilməsi.
İş şəraiti:
- İş qrafiki: 5 iş günü
- Əmək haqqı: 1000-1500 AZN + mükafat
Namizədə tələblər
- Yaş: 23-35
- Təhsil: Ali və ya orta təhsil
- Təcrübə: tibbi nümayəndə olaraq minimum 1 il iş təcrübəsi (oftamoloji sahədə təcrübənin olması mütləqdir)
- Dil bilikləri: azərbaycan dilində sərbəst ünsiyyət bacarığına malik olmalı (rus dili biliyi arzu olunandır)
- Effektiv kommunikasiya və təqdimat bacarığı.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Optika üzrə Tibbi Nümayəndə” qeyd etməklə sayt yazmaq olmaz! elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.