İş barədə məlumat“Damla Mebel” MMC Azərbaycanın ən böyük mebel istehsalçılarından biridir. Müəssisəmiz müasir və keyfiyyətli mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində dünyaca məşhur şirkətlərə məxsus yalnız ekoloji cəhətdən təmiz və sertifikatlı materiallardan istifadə olunur.
Məhsullarımız Qazaxıstan, Gürcüstan, Rusiya,Türkmənistan, Tacikistan, Özbəkistan və digər ölkələrə ixrac olunur.
Vəzifə öhdəlikləri:
- Sexin işinin təşkili və idarə edilməsi
- İstehsal texnologiyasını (avadanlıqların texniki göstərişlərini və işləmə prinsiplərini) bilmək və səmərəli idarə etmək
- Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və sex əməkdaşlarını daimi məlumatlandırmaq
- Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək
- Məhsulun istehsalı və qablaşdırılmasının tələb olunan standartlara uyğun olmasına nəzarət etmək
- Qarşıya qoyulan istehsal planını icra etmək
- İstehsal müdirinə hesabatlar təqdim etmək.
İş şərtləri:
- Həftədə 6 iş günü, 1 gün istirahət günü
- Əmək haqqı: müsahibə əsasında
- Korporativ nömrə şirkət tərəfindən təmin edilir
- İş yeri Abşeron r-nu, Masazır qəs.,Qurtuluş YK-nin yaxınlığı
- İşçilərin daşınması üçün servis xidməti var (Sumqayıt və Xırdalan şəhərləri, Saray qəsəbəsi və 20 Yanvar metrosundan) .
Namizədə tələblər
- Sex rəisi olaraq peşəkar komandamıza qoşula bilərsiniz.
- Ali Təhsil
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi
- Komanda ilə işləmək bacarığı
- İdarəçilik bacarığı
- Təşkilati və analitik bacarıqlar
- Microsoft office proqramlarından istifadə bacarığı.
Qeyd: Qeyd edilən tələblərə uyğun namizədlərdən öz
CV- lərini sayt yazmaq olmaz! elektron ünvanına mövzu yerində “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.