İş barədə məlumat- Layihə cizgiləri əsasından təmir tikinti iş həcmləri cədvəlin tərtib edilməsi
- Layihə işlərinə uyğun xərclərin hesablanması (materiallar, işçi qüvvəsi, avadanlıqlar və s.).
- Smeta dəyərlərinin tikinti normativlərinə uyğunluğunun yoxlanılması.
- Planlaşdırılmış və faktiki xərclərin müqayisəsi, uyğunsuzluqların müəyyən edilməsi.
- Layihə smeta sənədlərinin dövlət və ya korporativ tələblərə uyğun tərtibatı.
- Tenderlər üçün smeta qiymətləndirilməsi və təqdimatların hazırlanması.
- Tikinti işlərinin smeta büdcəsinə uyğun aparılmasına nəzarət.
- Smeta üzrə dəyişikliklər və əlavə işlər üçün təkliflərin hazırlanması.
- Layihə rəhbərinin tələbinə əsasən büdcənin formalaşdırılmasını və layihə prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanmasına dair təkliflərin verilməsini icra edir
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanmasını və təhlili
- Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsinə nəzarət edir və təklif verir
- İcra edilmiş / görülən işlərin təhvil təslim aktların (forma-2) tərtib edilməsi
- Podratçılar, dizaynerlər və digər mütəxəssislərlə sıx əməkdaşlıq edərək layihənin müvəffəqiyyətini təmin etmək.
- Layihədəki dəyişiklikləri izləmək, müvafiq sənədləşməni aparmaq və sifarişçiyə məlumat vermək.
- Əmək haqqı: 800-1300 azn
- Ünvan : Kənd Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsi 234 A
- AR ƏM uyğun rəsmiləşdirmə
- İş qrafiki: 6 günlük
- Nahar saatı: 13:00-dan 14:00-dək
- İstirahət günü –Bazar günü
Namizədə tələblər
- Ali təhsil (İnşaat və ya Mexanika mühəndisliyi üzrə ali təhsil)
- Azərbaycan və İngilis dillərini bilməsi
- Microsoft Office proqramlarını (Excel,Word, Outlook), AutoCad mükəmməl səviyyədə bilməsi
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- İşçi layihələrin bütün bölmələrinin oxuma bacarığı
- Maliyyə təhlili və tikinti bazarı üzrə aktual məlumatlara sahib olması
- Detallı və dəqiq hesablama bacarığı
Tələblərə uyğun olan namizədlər CV ni sayt yazmaq olmaz! ünvanına (mövzu yerinə “Smeta mühəndisi” qeyd edib) göndərsinlər.