SÜRÜCÜ

700 ₼

Əlaqə Məlumatları
Şəhər
Yaş 25 - 50 yaş
Təhsil Orta
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Solmaz x
Telefon (012) 342-99-35
E-mail hr@ayanltd.az
Elanın tarixi 18-09-2024
Bitmə tarixi 18-10-2024
İş barədə məlumat

- Şöbənin təqdim etdiyi sifarişlərə əsasən malın satış nöqtələrinə çatdırılması
- Avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək
- Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək
- Daşınma üçün nəzərdə tutulan nəqliyyatın sanitariya və texniki vəziyyətini nəzarət etmək
- Avtomobilin düzgün idarə olunmasını daşınılan malın təhlükəsizliyini maksimum dərəcədə təmin etmək.
- İş qrafiki 08:00-dan 18:00-dək
- 5 günlük iş rejimi
- Əmək haqqı: 700 azn

Namizədə tələblər

- Sahə üzrə 3-5 il iş təcrübəsi
- Yaş həddi: 25-50
- “BC” kateqoriyalı sürücülük vəsiqəsi
- Otoyol yük maşınını idarə etmək qabiliyyəti
- Avtomobil quruluşu üzrə yaxşı biliklər
- Sumqayıt, Abşeron ərazisini yaxşı tanımalı
- Yol hərəkəti qaydalarını yaxşı bilməli və riayət etməli
- Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.

Uyğun olan şəxslərdən öz CV-lərini qeyd olunmuş sayt yazmaq olmaz! elektron poçt ünvanına mövzu adı yerində “Sürücü” yazılmaqla və ya aktiv nomrənin whatsappına (ad soyad, yaş, vakansiyanın adı, təcrübə, yaşayış yeri) məlumatlarını yazıb göndərmələri xahiş olunur. CV göndərilmədiyi təqdirdə müraciətlərə baxılmayacaq.

Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.