İş barədə məlumat- Verilən yolda və təyinat yerinə vaxtında çatmaq üçün avtomobili təhlükəsiz və düzgün idarə etmək.
- Şəxsi və iş məqsədli səyahətlərin həyata keçirilməsi.
- Yol hərəkəti qaydalarına, sürət hədlərinə və təhlükəsizlik qaydalarına tam əməl etmək.
- Sürücülük zamanı təhlükəsizlik kəmərindən istifadə etmək
- Hər gün avtomobilin texniki vəziyyətini (yağ, təkərlər, işıq, əyləc və s.) yoxlamaq.
- Avtomobilin xidməti təmiri və texniki baxımını təmin etmək.
- Avtomobilin hər hansı bir nasazlığı aşkar edildikdə dərhal rəhbərliyə məlumat vermək.
- Benzin, yol vergiləri, park xərcləri və s. kimi yol xərclərini qeyd etmək.
- Səyahət barədə dəqiq qeydlər aparmaq və müvafiq sənədləri (yol xərcləri, park cərimələri və s.) toplamaq.
- Sürücünün iş saatları əsasən işin təyinatı və tələblərinə görə dəyişir. Ehtiyac olduqda, əlavə iş saatları və ya təcili səyahətlər tələb oluna bilər.
- İşə başlamazdan əvvəl lazımi sənədlərin (sürücülük vəsiqəsi, icazə sənədləri) və avtomobilin vəziyyəti barədə məlumatlı olmaq.
- Avtomobilin təmiz və səliqəli saxlanması.