İş barədə məlumat- TN cavabdeh olduğu məhsulların (preparatların) satışı məqsədilə şirkət tərəfindən irəli sürülmüş strateji ilə çalışmalı və nəticə olaraq həmin məhsulların satışını təşkil etməlidir.
- TN təbliğ etdiyi preparatların tibbi və marketinq taktikaları haqda maksimum məlumatlı olmalıdır. Təlimlərdə mütəmadi olaraq aktiv iştirak etməli və maksimum Performansa doğru cəhd göstərməlidir.
- TN-in satış hədəfləri ona ayrılmış bölgə üzrə təyin olunur.
- TN hədəflərini dəqiq bilməli və yerinə yetirmək üçün cəhd göstərməlidir.
- TN – nin aylıq hədəfləri rəhbərlik tərəfindən müəyyənləşdirilmiş kvota əsasən birbaşa rəhbəri tərəfindən təyin olunur.
- TN-nin günlük hədəfləri aylıq kvotuna əsasən satış stratejisinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən müəyyənləşdirilir.
- TN hər gün günlük işi haqda planlamanı birbaşa rəhbəri ilə razılaşdırmalı və həkim vizitlərini planlamalıdır.
- TN şirkət stratejisinə uyğun olaraq aktivlik və ixtisas üzrə ardıcıllıqla həkim çalışması etməlidir.
- TN maksimal dərəcədə kreativ, araşdırıcı və analitik davranmalıdır.
- TN hər gün saat 9.00-da ona aid olan qrafiklə müəyyənləşdirilmiş bölgədə olmalıdır. Bölgəni tərk etmə saatı 18.00-dur. Birbaşa rəhbərlərinin (QM və PM) təyin etdiyi həftəlik qrafik və ya ekstra tədbirlə əlaqədar dəyişdirilə bilər.
- TN gün ərzində ondan tələb olunan sayda həkim və aptek ziyarət etməlidir.