İş barədə məlumatVakansiya: Psixoloq (Uşaqlar üçün)
- Humel Psixologiya Mərkəzi olaraq, insanlara keyfiyyətli psixoloji dəstək göstərərək onların psixoloji rifahını artırmaq və həyatlarında müsbət dəyişikliklər etmək missiyasını daşıyırıq.
- Bizim üçün hər bir pasiyentin daxili gücünü kəşf etməsinə dəstək olmaq və onlara individual yanaşma göstərmək əsas dəyərdir.
- Bu məqsədlə komandamıza, pasiyentlərinə empatiya və anlayışla yanaşan, eyni zamanda onların psixoloji sabitliyini təmin etməyi bacaran təcrübəli bir neçə psixoloq axtarırıq. Humel ailəsində sizin üçün dəyərli bir yer mövcuddur!
Nə təklif edirik:
- Humel Psixologiya Mərkəzində çalışmaqla siz...
- Peşəkar iş mühiti və inkişaf imkanlarından faydalanacaqsınız
- Rəqabətli əmək haqqına sahib olacağsınız
- Rahat və harmonik iş mühitində çalışacaqsınız
- İnsanların həyatına dəyər qataraq, işinizin nəticələrini hər gün hiss edəcəksiniz.
Vəzifə öhdəlikləri:
- Fərdi psixoloji seansların individual yanaşma ilə keçirilməsi
- Pasiyentlərə psixoloji diaqnostika və qiymətləndirmə testlərinin tətbiqi
- Emosional, davranış və sosial problemlərin həlli üçün uyğun strategiyaların hazırlanması
- Dəstək proqramlarının yaradılması və onların inkişafına töhfə vermək
- Həftə içi 6 iş günü
Namizədə tələblər
- Psixologiya sahəsində ali təhsil
- Psixologiya sahəsində minimum 1 il iş təcrübəsi
- Psixoloji qiymətləndirmə və müalicə metodları üzrə işləmək bacarığı
- Yüksək səviyyədə ünsiyyət və empatiya bacarıqları
- Problem həll etmə və komanda ilə işləmə bacarığı
Əgər bu vəzifə sizə uyğun gəlirsə, CV`nizi (whatsapp) nömrəsinizə və sayt yazmaq olmaz! email ünvanına göndərməyinizi xahiş edirik.