ANBARDAR

800 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 34 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Zaur
Telefon (012) 457-93-43
E-mail triumf334@gmail.com
Elanın tarixi 16-08-2024
Bitmə tarixi 16-09-2024
İş barədə məlumat

- Məhsulun və ya digər mal-material qiymətlilərinin 1C vasitəsilə anbara qəbulu, onların mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsinə (FİFO) nəzarət və rəhbərlik etmək.
- Lazım olan mal, material və inventarın təcili tapılmasının təşkili həyata keçirilməsinə nəzarət etmək.
- Malın müddəti ilə bağlı həftəlik hesbatların hazırlanması.
- Yazılan qaimələr əsasında məhsulların çeşidlərlə yığılması və avtomobillərə yüklənməsinə nəzarət və rəhbərlik etmək
- Yeni gələn malların bir öncə gələn məhsullardan FİFO qaydasına əsasən arxa sıralara səliqəli yığılmasına nəzarət və rəhbərlik etmək
- Gələn məhsulların qəbul edilməsi, boşaldılması və məhsulların aidiyyati anbarlar üzrə çeşidlərə və müddətinə görə yığılmasına nəzarət və rəhbərlik etmək
- Anbara yığılmış əmtəə-maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabının aparılmasının təmin edilməsinə
- Rəsmiləşdirilmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsinə, müəyyən olunmuş hesabatın tərtib edilməsinə nəzarət və rəhbərlik etmək.
- Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi.
- Anbarda əməyin mühafizəsini, təhlükəsizlik texnikası, yanğından mühafizə və gigiyena- sanitariya qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, mühafizə olunmasının təşkil edilməsinə rəhbərlik və nəzarət etmək.
- Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak etmək.
- Tabeçiliyində olan işçilərin iş bölgüsünün təmini, təşkili və nəzarət edilməsi
- Ayda bir dəfə olmaqla Anbar sayımının aparılması
- Əmək haqqı namizəddən asılı olaraq 800-1000 AZN aralığında dəyişir.
- Əmək haqqı iş yükünə görə növbəti dövrlərdə artırıla bilər.
- Nahar şirkət tərəfindən təmin edilir

Namizədə tələblər

- Anbar sahəsində 3 (üç) ildən az olmayan iş stajı
- 1C proqramından sərbəst istifadə bacarığı
- Microsoft Office (Word, Excel, Outlook) alətlərindən sərbəst istifadə bacarığı
- İdarə etmə və nəzarət bacarığı
- Diqqətli və Məsuliyyətli
- Komandada işləmə bacarığı
- Vakansiya ilə bağlı, Bakıxanov qəsəbəsi, Neftçilər, Qara Qarayev metrostansiyası ərazilərində yaşayan namizədlərə üstünlük verilir.

Vakansiyaya uyğun namizədlər CV formasını sayt yazmaq olmaz! ünvanına göndərə bilərlər.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.