ANBARDAR (GƏNCƏ)

600 - 700 ₼

Əlaqə Məlumatları
Şəhər Gəncə
Yaş 25 - 35 yaş
Təhsil Orta texniki
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Şəfa x
Telefon (010) 260-88-78
E-mail cv@atssoya.az
Elanın tarixi 21-08-2023
Bitmə tarixi 21-09-2023
İş barədə məlumat

- Anbar qalıqlarının (gündəlik, həftəlik və aylıq) kontrol edilməsi, yaranan problemlər barəsində birbaşa rəhbərin məlumatlandırılması
- Anbarın təmizliyinə nəzarət və saxlanma dərəcələrinin (daxili anbar temperaturunun və və saxlama şəraitinin anbarda saxlanılan mal və materiala uyğunluğunun) yoxlanılması
- Anbara mədaxil və məxaric olunan məhsullara nəzarət edilməsi. (anbara mədaxil və məxaric olunan məhsulların daxili anbar porseduruna uyğun uçotunun düzgün aparılması və prosesə nəzarət edilməsi)
- Təhlükəsizlik qaydalarına əməl edilməsi
- Depoda təhlükəsizlik texnikası, yanğından mühafizə və təhlükəsizlik qaydalarına əməl etmək, yükləmə-boşaltma işlərinin aparılması, mühafizə olunması və vaxtında tədarükçüyə çatdırmanın təşkil edilməsi. (anbarda olan mal və ya materialın tələb edən şəxsə və ya departamentə vaxtında verilməsi və ya anbara hər hansı mal və ya materialın mədaxil olunması prosesinin təmin edilməsi zamanı bütünlükdə iş prosesinə (yükləmə-boşaltma, texnikaların anbar daxilində təyin edilmiş marşurut üzrə hərəkəti, yanğından mühafizə, ümumi təhlükəsizlik qaydları, fərdi mühafizə vasitələrinin istifadəsi, anbarda işləyən işçi fəhlə heyyətinin təlimatlandırılması və nəzarəti) düzgün nəzarət və təmin edilməsi.
- Depoya məxsus avadanlıqların inventarlaşmasının aparılmasında iştirak etmək
- Mütəmadi olaraq stok sayımı həyata keçirildiyi müddətdə aşkarlanan əskikliklər və nöqsanlar barəsində rəhbərinə məlumat verilməsi
- Depoda qəbul edilən məhsulların çeşid və miqdarları ilə bağlı birbaşa rəhbərinə və sahə menecerinə məlumat verilməsi, anbar daxili düzgün çeşidlənməsi (gübrə, bitki mühafizə dərmanları, ehtiyyat hissələri, təhlükəli maddələr, mühərrik yağları ayrı-ayrılıqda çeşidlənməsi və anbarda düzgün yerləşdirilməsi və saxlama şəraitinin yoxlanılması) ilə bağlı tədbir görülməsi
- İdxal edilən məhsulların sistem üzərindən depo qalıqlarına işlənməsi və aidiyyatı bölmələrə elektron ünvanla bildirilməsi. Anbardan idxal edilən bütün məhsulların daxili kodlaşma sisteminə uyğun şirkət daxili təyin edilmiş sistem üzərindən uçotunun aparılması, anbar qalıqlarının təyin edilməsi və subardinasiya qaydalarına uyğun aidiyyatı bölmələrin elektron ünvanlarına bildirilməsi
- Maliyyə Departamenti ilə sıx əlaqədə olmaq və onların tələb etdiyi anbar qeydiyyatı və daxili sənədləşməyə aid məlumatların vaxtında və düzgün təmin edilməsi
- Anbar sahəsindən səmərəli istifadə etmək şərti ilə saxlanılan məhsulların düzgün yerləşdirilməsinə nəzarət olunması
- Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsi, müəyyən olunmuş hesabatların tərtib edilməsi
- Anbarda istifadə üçün aylıq lazımi ləvazimatların tələbinin birbaşa rəhbərə təqdim edilməsi
- Kompüterdə ofis proqramlarını mənimsəməsi ən azı orta səviyyədə olması. Şirkətin daxili sənədləşmə və uçot üçün təyin etdiyi proqramın vaxtında mənimsənilməsi və səlis istifadə edilməsi. (məsələn ERP, 1 C və s.)
- Anbara mədaxil və məxaric olunan məhsulların gündəlik elektron hesabatının verilməsi
- İş rejimi - dəyişkən (Yalnız anbara mal daxil olan zamanlar)
- Korporativ nömrə
- Əmək haqqı - 650 AZN
- İş yeri: Gəncə şəhəri

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
CV-nizi göndərdikdə mövzu (tema ) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Anbardar (Gəncə)” qeyd etməyiniz xahiş olunur.

Qeyd: Yalnız şəkilli CV-lərə baxılacaqdır.
Şəxsi avtomobilin olması əsas şərtdir.

Namizədə tələblər

- Cinsi: Kişi
- Yaş həddi: 25-35
- Təhsil: Orta ixtisas (Ali təhsil arzuolunandır)
- Kompüter biliyi: MS Office
- İş təcrübəsi: 1-3 il
- Şəxsi avtomobil
- Gəncə şəhəri və ya Samux rayonu ərazisində yaşayan

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.