İş barədə məlumat- “Qarabağ Taxıl” MMC vakansiyası
-Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək.
-Torpağın məhsuldarlığını artırmaq, təsərrüfatdaxili yerquruluşu işlərini aparmaq, təbii torpaqları yaxşılaşdırmaq, sahələri eroziyadan qorumaq.
- Dənlilərin becərilməsini, suvarılmasını, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasını, zərərvericilərə qarşı mübarizə işlərini, mineral və üzvü gübrələrin saxlanılmasını və sahələrə verilməsini təşkil edir.
- Bitkiçilik sahəsində əməyin və texnikanın təhlükəsiz işləməsini, ekoloji mühitin qorunmasını, habelə müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin edir.
- Ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir.
-Kənd təsərrüfatı işlərini optimal müddətdə və yüksək keyfiyyətlə görülməsinə nail olur.
- Texnoloji xəritələrin və aqrotexniki pasportların tərtib edir. İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bitki növləri üzrə texnoloji xəritələr hazırlayır və bu işə nəzarət edir. Hər tədbirin nə vaxt, bitki növləri üzrə hansı dövrdə aparılması üzrə tövsiyələr hazırlayır və onların düzgün tətbiq edilməsinə nəzarət etməklə bu işlərə məsuliyyət daşıyır.
İş şəraiti:
- İş yeri: Beyləqan rayonu
Təminatlar:
- Korporativ nömrə
- Nəqliyyat vasitəsi
- Yanacaq
Əmək haqqı:
- Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur
- İllik mükafat
Namizədə tələblər
- Ali təhsil (aqranomluq, aqrokimya, bitki mühafizəsi və ya torpaqşünaslıq üzrə)
- Xaricdə bakalavr, maqistratura və ya doktorantura təhsili olan namizədlərə üstünlük verilir
- Xaricdə təcrübə və ya ixtisasartırma proqramlarında iştrak etmiş namizədlərə üstünlük verilir
- Aqronomluq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi
- Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər
- Kənd təsərrüfatı texnikaları ilə bağlı məlumatlar, işləmə prinsipləri barədə biliklər
- Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı biliklər
- 27-50 yaş həddi
- İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
- Komandada işləmək bacarığı
- Sürücülük vəsiqəsi olmalı
- MS Office, İnternet, E-Mail-dən istifadəni bilməli