İş barədə məlumat- Yeməklərin hazırlanması prosesinə nəzarət və istiqamətləndirmə
- Müştəriyə çatmazdan əvvəl qabların təsdiqlənməsi və cilalanması
- Bütün səviyyələrdəki digər aşpazları idarə etmək və onlarla sıx əməkdaşlıq etmək
- Menyu maddələrinin, reseptlərin yaradılması və müxtəlifliyi və keyfiyyətini təmin edən yeməklərin hazırlanması
- Ərzaq inventar ehtiyaclarının müəyyən edilməsi, ehtiyatın saxlanması və sifariş edilməsi
- Mətbəxin sanitariya və qida təhlükəsizliyi qaydaları daxil olmaqla bütün qaydalara cavab verməsini təmin etmək üçün son nəticədə məsuliyyət daşıyır.
- Sağlamlıq və təhlükəsizliyə cavabdeh olmaq
- Qida gigiyenasına cavabdeh olmaq
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
- Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
- Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək
- Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
- Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq.
- Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək.
- Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək
- Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək.
- Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək;
- Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: 6 günlük
- İş yeri Xankəndi şəhəri.
Zəhmət olmasa, CV-nizi mövzu yerində “Baş aşpaz” vəzifəsini qeyd etməklə elektron poçtuna göndərin.
Namizədə tələblər
- Baş aşpaz sahəsində ən az 3-5 il iş təcrübəsi
- Komanda ilə işləmə bacarığı
- Məsuliyyətli və inkişafa meyilli olmalı
- Ali təhsil arzuolunandır
Professional biliklər:
- Milli,xarici, fast food, səhər yeməyini zövglü və dadlı çıxartmağa idarə etməli
- Menyu hesablanması və hazırlanması
- Professional bacarıqlar və kompetensiyalar:
- Yaradıcılıq
- Zamanın idarəolunması
- Məsuliyyət