BAŞ MÜHASİB

1200 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Bir başa işə götürən
Telefon (077) 270-97-23
E-mail mmuhasib231@gmail.com
Elanın tarixi 02-07-2024
Bitmə tarixi 02-08-2024
İş barədə məlumat

İş sahəsi, Un ve Süd məhsulları istehsalı zavodu.

- İkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarını (ƏDV, ÖMV, əmlak, statistik hesabat, mənfəət vergisi və s. hesabatı) təqdim etmək
- Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək
- Balans hesabatının aparılmasını təmin etmək
- Şirkətin bank hesabları (xəzinə) üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək
- Debitor-kreditor borcların təhlili,hesablaşmalar və vaxtı-vaxtında üzləşmələrin aparılması
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi
- Xərclərin günlük uçotunun aparılması və proqrama işlənməsi, aylıq xərclər üzrə hesabatın təqdim olunması
- Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar (kreditorlar) barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək

İş rejimi:

- Həftə içi 6 gün
- Saat : 09:00-dan -18:00-dək
- Nahar vaxtı 13:00-dan - 14:00-dək şirkət tərəfindən qarşlanır.
- Ünvan :Bakı şəhəri,Binəqədi,rayonu Biləcəri qəsəbəsi dsq yolu.

Namizədə tələblər

- Təhsil: Ali təhsil (Maliyyə, Mühasibat )
- İş təcrübəsi: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı
- Yaş həddi : 25-50
- Dil bilikləri: azərbaycan və rus diliyi biliyi olanlara üstünlük veriləcəkdir
- Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə Excel bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli
- Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
- Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
- Dövlət hesabatların tərtib olunması

Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını
sayt yazmaq olmaz!
elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “ Baş mühasib” sözləri qeyd edilməlidir)
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.