İş barədə məlumat- Maliyyə hesabatlarını (balans hesabatı, mənfəət və Zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq
- Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi
- Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
- ƏDV, Mənfəət, DSMF, Statistika, hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək
- Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək
- Əmək haqqı : 2000 AZN
- Korporativ nömrə və korporativ paket
Namizədə tələblər
- Təhsil : ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- İş təcrübəsi : müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi
- Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır və topdan satış sahəsində işləməsi üstünlükdür
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir
- Dil biliyi: azərbaycan dili-yülsək səviyyədə, rus və ingilis dili bilənlərə üstünlük veriləcək
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
- PMS sertifikatı arzuolunandır
- Güclü ünsiyyət, komandalarla effektiv əməkdaşlıq etmək bacarığı
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
- Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları.