ÇİLİNGƏR

600 - 700 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 50 yaş
Təhsil Orta texniki
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Nərmin xanım
Telefon (051) 788-88-33
E-mail office@polymart.az
Elanın tarixi 20-11-2024
Bitmə tarixi 20-12-2024
İş barədə məlumat

- Avadanlıqların işlətmə qabiliyyətini, əsas detallarını və mexanizmlərini yoxlamalı, ekstruziya xəttini yoxlamalı, profilaktik baxış və avadanlığın təmir qrafiki ilə tanış olmalı və onu icra etməlidir.
- Xidmət edən şəxs avadanlıqların normal və fasiləsiz işləməsini təmin etməlidir.
- Ekstruziya sahəsinin xidməti üzrə çağırışlara vaxtında getməlidir.
- Təmir olunan avadanlıqların sınaqdan keçirilməsi, istehsalat üzrə işçilərə təhvil verilməsini təmin etməlidir.
- Yoxlanmış avadanlığın vəziyyəti barədə ustaya və ya baş ustaya xəbər verməlidir.
- Qrafik üzrə avadanlıqların və mexanizmlərin cari təmirini keçirməsini təmin etməlidir.
- Sahədə olan avadanlıqların, alətlərin, tərtibatların düzgün istismar edilməsi, onlara əməl və texniki qulluq göstərilməsi, iş yerinin təmiz saxlanması təmin edilməlidir.
- Yağlama materiallarının tərkibini və xüsusiyyətlərini bilməli, düzgün tətbiq etməlidir.
- Hər hansı çilingər və montaj işlərini yerinə yetirmə qaydalarını mövcud standartlara uyğun yerinə yetirməlidir.
- Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatlardan səmərəli şəkildə istifadə etməlidir.
- Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etməlidir.
- Növbəli işdə növbə təhvil aldıqda alətləri saz şəkildə qəbul etməli və ya təhvil verməlidir.
- Sex daxili qaydalara: texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, texnoloji təlimatlar, əmək intizamına riayət etməlidir.
- Avadanlıqların vaxtı-vaxtında və keyfiyyətli yoxlanmasının aparılması, diaqnostikası və təmiri təşkil etməlidir.
- Mexanikin verdiyi göstərişlərin vaxtında və dəqiq yerinə yetirilməlidir.
- Növbəli iş rejimi
- Əmək haqqı 600-700 AZN

Namizədə tələblər

- Çilingər olaraq ən azı 1 il iş təcrübəsi
- Nizam-intizamlı
- Yaş həddi: 25-50
- Təhsil: orta texniki

Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində "Çilingər" qeyd edərək CV-lərinizi sayt yazmaq olmaz! elektron ünvanına göndərməyiniz xahiş olunur.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.