İş barədə məlumat"Apertech MMC" şirkəti komandasına peşəkar, özünün şəxsi inkişafına və şirkətin inkişafına daim marağı olan, istedadlı namizədləri dəvət edir. Hal-hazırda “Apertech” MMC işçi ştatlarını müxtəlif istiqamətlərdə feal şəkildə genişləndirir. Bizə böyük miqdarda məlumatlarla işləmək bacarığı olan, stresədayanıqlı, yüksək analitik düşüncə tərzinəmalik olan, diqqətli mütəxəssis lazımdır.
Vəzifə öhdəlikləri:
- ERP sistemlərinin tətbiqi üzrə layihələrdə iştirak etmək
- Müştərilərə konsaltinq xidmətlərinin göstərilməsi
- Biznes proseslərinin sorğusu
- Böyük həcmli məlumatlarla işləmək
- Biznes proseslərinin avtomatlaşdırılmasi, sorğunun keçirilməsi və biznes tələblərinin rəsmiləşdirilməsi
Şərtlər:
- İş qrafiki 09:00-dan - 18:00-dək
- Nəriman Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
- Peşəkar karyera yüksəlişi
- Maraqlı layihələrdə iştirak etmək
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq qeydiyyat
- Daxili təlim
- Mehriban, gənc və peşəkar komanda
Namizədə tələblər
- Ali texniki və ya iqtisadi təhsil
- ERP sistemlər və ya Data – Analitik sahəsində iş təcrübəsi.
- SQL/T-SQL üzrə əsas biliklər
- Analitik düşüncə qabiliyyəti, məsuliyyətli, punktual, ERP məsləhətçisi kimi fəal inkişaf etmək arzusu, həyata pozitiv baxış tərzi
- İnfor SunSystems və ya İnfor Syteline proqram təminatını bilmək üstünlükdür
- Rus və ingilis dillərini bilmək üstünlükdür
CV yerləşdirmək qaydaları:
- Mövzuda “ERP Consultant” yazmaq
- CV-ni birləşdirmək və özünüz barədə qısa məlumat vermək