FARMAKONƏZARƏT ÜZRƏ MÜTƏXƏSSİS

500 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 23 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Fidan Vəliyeva
Telefon (070) 234-34-42
E-mail fidan.valiyeva@pasha-k.az
Elanın tarixi 16-08-2024
Bitmə tarixi 16-09-2024
İş barədə məlumat

- Farmakonəzarət üzrə məsul şəxs dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər və digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsə (bundan sonra - AEM) və Azərbaycan Respublikası İcbarı Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (bundan sonra -TƏBİB) təqdim etməlidir.
- Müəssisədaxili farmakonəzarət sistemini qurmalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin farmakonəzarət qaydası” və TƏBİB-in müvafiq sahə üzrə müəyyənləşdirdiyi digər qayda və təlimatlarına əsasən fəaliyyət göstərməlidir.
- Farmakonəzarət üzrə məsul şəxs dərman vasitələrinin istifadəsi zamanı yaranan və dərman vasitəsinin istifadəsi ilə bağlı olması ehtimal edilən əlavə təsirlər barədə bildirişləri birbaşa olaraq 15 (on beş) təqvim günü müddətində AEM-ə göndərməlidir (VigiFlow onlayn program təminatı vasitəsi ilə).
- Dərman vasitələrinin istifadəsi zamanı yaranan ciddi əlavə təsirlər 48 (qırx səkkiz) saat ərzində AEM-ə bildirilməlidir (VigiFlow onlayn program təminatı vasitəsi ilə).
- Farmakonəzarət üzrə məsul şəxs yararsız dərman vasitələri barədə məlumatları birbaşa TƏBİB-ə təqdim etməlidir.
- Dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və ya AEM tərəfindən təqdim edilmiş tibb işçisinin məlumatlandırma məktubu haqqında müəssisədə çalışan tibb və əczaçılıq işçilərini məlumatlandırmalı və məlumatlandırma məktubunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə nəzarət etməlidir.
- Tibb müəssisələrində istifadə olunan dərman və tibb vasitələrinin səmərəli istifadəsinə nəzarət etməlidir.
- Qeyri-rasional dərman istifadəsinin qarşısının alınması istiqamətində elmi sübutlara əsaslanan müvafiq tədqiqatlar apararaq təkliflər irəli sürməlidir.
- Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün icazə
- Həftəiçi 5 iş günü - 09:00-dan -18:00-dək

Namizədə tələblər

- Ali təhsil - Əsas (baza ali) tibb təhsilinə və ya əczaçılıq ixtisası üzrə
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ya ingilis dil biliyi MÜTLƏQDİR)
- MS Office proqramlarında işləmək bacarığı
- İxtisası üzrə minimum 1 il staj
- Məsuliyyətlilik
- Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması
- Problemi təhlil etmə bacarığı
- Təşəbbüskarlıq
- Komandada işləmə bacarığı.

CV-lərinizi başlıq - farmakonəzarət üzrə mütəxəssis qeyd edərək sayt yazmaq olmaz! mail adresinə göndərməyinizi xahiş edirik.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.