HOREKA ÜZRƏ SAHƏ MENECERİ

0 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 29 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Xəzər Treyd
Telefon +994125264411
E-mail cv@khazartrade.az
Elanın tarixi 09-01-2025
Bitmə tarixi 09-02-2025
İş barədə məlumat

- İş saatları: 08:00-dan - 17:00-dək
- İstirahət günləri: Şənbə və Bazar günləri
- Tibbi sığorta mövcuddur

Vəzifə təlimatları:
- Satış müdiri tərəfindən təyin olunmuş aylıq satış planlarının həyata keçirilməsini təmin edir.
- Qrupunda çalışan satış nümayəndələri arasında qoyulan aylıq satış planları üzrə bölgü aparır.
- Çalışdığı sektor üzrə dükanlarda distribusiyanın (bütün mal çeşidlərinin ticarət nöqtələrində mövcudluğu) həyata keçirilməsini təmin edir, ümumi prosesə nəzarət edir, yoxlamalar aparır, çatışmamazlıqların aradan qaldırılmasında komandaya lazımı tapşırıqları verir.
- Müştəriləri analiz edir, onların mal dövriyyəsinə görə qruplara bölür.
- Müştərilərə xüsusi ticari şərtlər təklif edir.
- Lokomotiv ( əsas olan mallar) malların satışını təmin edir.
- Aylıq insativlərin yerinə yetirilməsini təmin edir, işə nəzarət edir.
- Rəhbərlik etdiyi ticarət nümayəndələrinin aylıq dəyərləndirmələrini bazada qeydiyyatının aparır.
- İllik və rüblük hədəflərin yerinə yetirilməsi üzrə hesabat hazırlayır, rəhbərliyə təqdim edir.
- Rəhbərlik etdiyi komanda üzrə işçiləri təlimləndirir, inkişafı üçün lazımı təlimatları verir.

Biz nə təklif edirik:
- Yüksək və rəqabətli əmək haqqı
- Avtomobil ilə təmin olunma
- Özəl Tibbi sığorta
- Kariyera imkanı
- Şirkət daxili və şirkət xarici təlimlər
- Bayram və digər qeyri – iş günlərində istirahət günü.
- Ad günü və bayram günləri üçün hədiyyələr.
- Əlavə olaraq ildə 5 dəfə mükafat almaq imkanı.

Namizədə tələblər

- Təhsil: Ali təhsil vacibdir (menecment, marketing üstünlük verilir)
- İş təcrübəsi:Satış sahəsi üzrə 5 il iş təcrübəsi
- Xarici dil: arzu olunandır
- Yaş həddi: 29-35 yaş
- Sürüclük vəsiqəsi vacibdir (B)
- Satış texnikalarını bilmək

Şəxsi keyfiyyətlər:
- Effektiv ünsiyyət qurma bacarığı
- Təqdimat bacarığı.
- İdarəetmə bacarığı
- Qərar qəbul etmə bacarığı
- Komanda ilə işləmə bacarığı
- Problem həll etmə.
- Təzyiq altında işləmək.
- Hədəf və məqsədyönümlü.

Yuxarıda qeyd edilən tələblərə cavab verən namizədlər öz CV-formalarını sayt yazmaq olmaz! ünvanına mövzu hissəsində “Satış üzrə sahə meneceri /Bölgə müdiri / Supervayzer/” qeyd edərək göndərməyiniz xahiş olunur.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2025 года.