İş barədə məlumat- İş rejimi: növbəli, dəyişkən
- Əmək haqqı: 500 AZN + bonus
- İstirahət günü: həftədə bir dəfə
- Nahar şirkət tərəfindən qarşılanır
Vəzifə öhdəlikləri:
- Restoran meneceri tərəfindən təyin edilən qaydalara əsasən rezervasiyaları qəbul və idarə etmək, masa təyinlərini düzgün həyata keçirmək
- Təyin edilən qaydalara əsasən telefon danışıq qaydalarına riayət etmək,
- Restoran ziyarətçiləri üçün effektiv və mədəni xidmətləri təmin etmək, onlara rahat şərait yaratmaq
- Qonaqlara yüksək səviyyədə xidmət göstərmək
- Yeni gələn qonaqların qarşılanması,əyləşmələri üçün masalar təklif edir,onları seçdikləri masalara kimi müşayət edib,menyunu təqdim edir
- Menyunu yaxşı bilmək və gələn qonaqlara hər hansı bir yemək barəsində dolğun məlumat vermək
- Qonaqların problemlərini vaxtında və yüksək səviyyədə həll etmək