HÜQUQŞÜNAS

600 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 35 yaş
Təhsil Natamam ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Alliance Hüquq Mərkəzi
Telefon (012) 514-15-11
E-mail hr.specialist@alc.az
Elanın tarixi 18-11-2024
Bitmə tarixi 18-12-2024
İş barədə məlumat

“Alliance Hüquq Mərkəzi” MMC korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmış “Hüquqşünas” vakansiyasını elan edir.
İşçinin əmək funksiyaları:
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi
- Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması
- Cəmiyyətin digər struktur bölmələrinin aidiyyəti fəaliyyət istiqamətləri üzrə hüquqi tövsiyə vermək
- Cəmiyyətin təsis və qeydiyyat sənədlərinə dəyişikliyin edilməsi ilə əlaqədar müvafiq sənəd layihələrini hazırlamaq, qeydiyyat orqanına təqdim etmək və təhvil almaq
- Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili
- Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.

İş barədə məlumat:
- İş qrafiki həftə içi 5 (beş) gün
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.

Namizədə tələblər

- Hüquq üzrə müvafiq bakalavr dərəcəsi
- Dil biliyi: rus dili (sərbəst), ingilis dili (yaxşı). (dil bilikəri mütləqdir)
- Hüquqi təhlil və araşdırma aparma bacarığı
- Yüksək kommunikasiya bacarığı (şifahi və yazılı)
- Komandada işləmə bacarığı
- Müvafiq sahədə İş təcrübəsi 1 il.

Tələblərə uyğun gələn namizədlər öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə sayt yazmaq olmaz! ünvanına göndərə bilərlər.

BƏNZƏR İŞ ELANLARI

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.