İş barədə məlumat- Abdurahimli Group – Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli şirkət olub, hüquq, təhsil və təlim sahələrində ixtisaslaşmışdır. Şirkət, həmçinin rəsmi TOLES imtahan mərkəzi olaraq beynəlxalq sertifikatlaşdırma xidmətləri təqdim edir.
Vəzifə haqqında:
- Abdurahimli Group komandamıza qoşulmaq üçün təcrübəli və peşəkar İngilis dili müəllimi axtarır.
- Namizəd yüksək keyfiyyətli dərslər keçməklə yanaşı, tələbələrimizin dil bacarıqlarını inkişaf etdirməsinə töhfə verməli və kurslarımızın standartlarına uyğun tədris aparmalıdır.
Əsas vəzifələr:
- Abdurahimli Group standartlarına uyğun İngilis dili dərslərinin hazırlanması və tədrisi.
- Fərqli səviyyələrdə tələbələr üçün dərs planlarının tərtib edilməsi və icrası.
- Tələbələrin irəliləyişini izləmək və onların inkişafını təmin etmək üçün müvafiq qiymətləndirmələr aparmaq.
- Həm fərdi, həm də qrup şəklində dərslər keçmək.
- Tələbələrin öyrənmə motivasiyasını artıran interaktiv və cəlbedici öyrənmə mühiti yaratmaq.
- Abdurahimli Group tərəfindən təqdim edilən dərs materiallarından istifadə edərək keyfiyyətli tədris həyata keçirmək.
Nə təklif edirik:
- Peşəkar inkişaf və təlim imkanları.
- Rahat və müasir iş mühiti.
- Flexible iş rejimi.
- Yer: Abdurahimli Group, Həsən Əliyev küçəsi, Kova Plaza, Bakı, AZ1000
- Şirkət: Abdurahimli Group
Namizədə tələblər
- İngilis dili və ya əlaqəli sahədə bakalavr dərəcəsi (Təhsil sahəsində üstünlük verilir).
- TEFL/TESOL/CELTA və ya ekvivalent sertifikatlar üstünlükdür.
- İngilis dili tədrisi üzrə minimum 1 il iş təcrübəsi.
- Yüksək səviyyədə İngilis dili biliyi (C1 və ya daha yüksək).
- Mükəmməl ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarıqları.
- Müxtəlif öyrənmə ehtiyaclarına uyğun tədris metodlarını tətbiq etmək bacarığı.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən CV-lərini və qısa bir müraciət məktubunu sayt yazmaq olmaz! ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində "İngilis dili müəllimi müraciəti" qeyd olunmalıdır.