İNŞAAT MÜHƏNDİSİ

1500 - 2000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs AZ CASPİAN CONSTRUCTİON MMC
Telefon (050) 711-55-66
E-mail narminismayilova@azecc.az
Elanın tarixi 03-09-2024
Bitmə tarixi 03-10-2024
İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi
- Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi
- Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı)
- Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir.
- Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət.

Əlavə məlumatlar:
- İş rejimi: 6 iş günü
- Əmək haqqı: müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Namizədə tələblər

- Müvafiq sahədə ali təhsil
- 5 ildən çox müvafiq sahədə iş təcrübəsi
- Kompüter bilikləri (Microsoft Office proqramları)
- Əlavə olaraq çertyoj çəkmə üçün proqramlar (Autocad, Archcad, 3DMAX)
- Azərbaycan dili səlis, rus və ingilis dili bilməsi üstünlükdür
- Analitik düşüncə bacarığı
- Ünsiyyət və komandada işləmək bacarıqları
- Məsuliyyətli olmalı
- Təşkilatçılıq bacarıqlarına sahib olmalı
- Detallara diqqət yetirməyi bacarmalı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “İnşaat Mühəndisi” yazaraq sayt yazmaq olmaz! e-mail ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.