İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ ÜZRƏ MENECER

1500 - 2500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 30 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs İR
Telefon (012) 538-30-00
E-mail hr@krc.az
Elanın tarixi 12-09-2024
Bitmə tarixi 12-10-2024
İş barədə məlumat

- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, yeni vakansiyalar üzrə işçi axtarışı, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili
- İşə qəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili
- Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi və işə başladılmasını həyata keçirir
- İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsi
- Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili
- Kadr işinin aparılması, əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət edilməsi
- İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi
- İş şərtləri: həftə içi 5 iş günü, 10:00-dan - 18:00-dək
- Şənbə günü : 10:00-dan 14:00-dək
- Nahar yeməyi şirkət tərəfindən verilir
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq

Namizədə tələblər

- Ali təhsil
- Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır)
- İnsan resursları sahəsində təcrübə minimum 5 il
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması
- İşə qəbul prosesinin əsas qaydalarını bilməli
- Dil bilikləri: İngilis və Rus dilləri üstünlükdür

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini qeyd olunmuş elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnsan resurslarının idarə edilməsi” şəklində göstərməyiniz xahiş olunur.

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.