İş barədə məlumatƏsas vəzifə və öhdəliklər:
- Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik etmək.
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti quraşdırma işlərinin cəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək.
- Görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək.
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak etmək
- Subpodrat (xüsusiləşdirilmiş) təşkilatlar üçün iş sahəsi hazırlayır və onlardan görülmüş işin qəbul olunmasında iştirak etmək.
- Ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək.
- Təhlükəsizlik texnikasının vəziyyətini yoxlamaq və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görmək.
İş şəraiti:
- Həftə içi 5 iş günü saat 09:00-dan - 18:00-dək
- Əməkhaqqı: 600-900 AZN
Namizədə tələblər
- İnşaat və ya Elektrik enerjisi sahəsində bakalavr/orta-texniki təhsil
- Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması
- Ofis proqramlarında işləmək bacarığıYüksək analitik düşüncə və problemləri həll etmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “İş icraçısı” yazmaqla, öz CV-ni sayt yazmaq olmaz! ünvanına göndərə bilərlər.