İSTEHSALAT ÜZRƏ SAHƏ RƏİSİ

1000 - 1400 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs İR üzrə menecer
Telefon (012) 311-16-61
E-mail info@amw.az
Elanın tarixi 15-11-2023
Bitmə tarixi 15-12-2023
İş barədə məlumat

- Sahənin istehsalat fəaliyyətinə rəhbərlik edir
- Gün ərzində istehsalat tapşırıqlarının yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir
- İstehsal qrafikinin formalaşdırılması və onun icrasına nəzarət edir
- Avadanlıqların fasiləsiz, texniki xidmətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə tələb olunan səviyyədə saxlanılmasını təmin edir
- İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır
- Xammal və materiallardan düzgün istifadə olunmasına nəzarət edir, istehsalın gedişinə maneə olan və ya ola biləcək prosesləri aradan qaldırır
- İstehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlər planının hazırlanmasında və tətbiqində iştirak edir
- Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapır və təşkil edir
- İstehsal xəttində olan məhsul, xammal və materialların müvafiq yerlərdə və müntəzəm olaraq saxlanılmasını təmin edir
- Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparır
- Lazımi kadrların (qaynaqçılar, operatorlar, mexaniklər, köməkçilər və s.) seçilməsində iştirak etmək
- İşçilər üçün işin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir
- İşçiləri koordinasiya edir, düzgün iş bölgüsü edib onları əlaqələndirir, görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir
- Fərqlənmiş işçilərin mükafatlandırılması, əmək və istehsalat intizamını pozanlara qarşı inzibatı cəzanın verilməsi üçün təkliflər təqdim edir

Əlavə məlumatlar:
- İş vaxtı: Bazar ertəsi – Cümə günləri
- Bütün şəraiti olan istehsal sahəsi
- Qidalanma və korporativ nömrə ilə təmin olunur
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- İxtisasdan və yerinə yetirilən işin həcmindən asılı olaraq əmək haqqı
- İş yeri: Nərimanov rayonu, (Bakmil m. st. yanı)

Namizədə tələblər

- Yaş: 25-45
- İş vaxtı: Tam ştat
- Bəy namizəd
- Təhsil: Ali və ya orta ixtisas
- Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il
- Kompüter bcarıqları: MS Office və AutoCAD proqramları
- Metal konstruksiyaların emalı sahəsində təcrübənin olması şərtdir
- İstehsalın operativ idarə olunması haqqında metodiki, normativ və başqa sənədləri
- Buraxılan məhsula qoyulan texniki tələbləri, avadanlığın istehsal texnologiyasını
- İstehsalat sahəsinin istehsal təchizatını və onun texniki istismarını
- İstehsalın gedişi uçotunun sistem və metodlarını
- İstehsalatın, əməyin və idarəetmənin təşkilini
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını bilməlidir

Uyğun olan namizədlər CV-lərini sayt yazmaq olmaz! email adresinə göndərə bilərlər

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.