KASSİR

0 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 45 yaş
Təhsil -
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Competo MMC
Telefon +994125050810
E-mail kgarayev@umico.az
Elanın tarixi 13-09-2024
Bitmə tarixi 13-10-2024
İş barədə məlumat

Umico Market (Umico.az) Azərbaycanda “SuperApp” sinfinə aid olan ilk mobil tətbiqdir. Marketpleys, loyallıq proqramı və maliyyə xidmətləri bir tətbiqdə.
O, istifadəçilərə bütün alış-verişlərdən bonus qazanmağa və onlayn alış-veriş etməyə imkan verir. Məqsədimiz Azərbaycanda bir nömrəli alış-veriş tədbiqi olmaqdır.

Vəzifə öhdəlikləri:
- Gündəlik kassa kitabının uçotunu aparmaq və kassa əməliyyatlarının aparılması qaydasına uyğun olaraq ilkin kassa sənədlərini hazırlamaq.
- Kassada mövcud olan pulun mühafizəsini təmin etmək.
- Kassaya nağd pul mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək.
- Nağd pul gəlirlərini banka inkassasiya etmək.
- Satış və geri qaytarma kassa çeklərin düzgün çap olunmasına və Z Hesabatda məlumatların düzgün əks olunmasına nəzarət etmək.
- POS-terminal çeklərini və kassa təhvil-təslim aktlarını yoxlamaq və yığıb mühafizə etmək.
- Gündəlik cari gün üçün əməliyyatların nəticələrini yekunlaşdırmaq, vəsait qalıqlarını hesablamaq, mühasibat sisteminə məlumat daxil etmək, daxil edilmiş məlumatların düzgünlüyünü təmin etmək və rəhbərliyə hesabat vermək.
- Mühasibatlıq sənədlərini yoxlamaq və mühasibat sisteminə daxil etmək, fərqləri araşdırmaq, izləmək və aradan qaldırmaq.

Şərtlər :
- İş rejimi: 2/2
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
- İş yeri : Koroğlu metrosu Anbarım logistika mərkəzi

Namizədə tələblər

- Baş kassir vəzifəsi üzrə iş təcrübəsi arzuolunandır.
- İqtisadi sahə üzrə ali təhsil arzuolunandır.
- Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı olmalıdır
- 1C 8.3 mühasibat proqramında işləməyi bacarmalı;
- Azərbaycan, dilini mükəmməl bilməli, rus dili arzuolunandır
- İşi planlaşdırmaq və təşkil etmək bacarığı
- Vaxtın idarə edilməsi və komandada işləmək üzrə yüksək bacarıqlar

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni " Kassir " mövzu hissəsində qeyd etməklə sayt yazmaq olmaz! elektron poçtuna göndərsinlər.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.