İş barədə məlumat- Satışa çıxarılacaq yeni məhsulun keyfiyyət standartlarına uyğunluğunun təmin olunmasına nəzarət etmək
- Hazır məhsulun keyfiyyətinə nəzarət etmək
- İaşə obyektinə daxil olan material və məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanılması
- Şöbələrə gələn Ət və Toyuq məhsullarının baytarlıq arayışlarının, dəniz məsullarının qida sənədinin istənilməsi və arxivlənməsi, hər hansı uyğunsuzluq olduğunda rəhbərliyə bildirilməsi
- Personal heyəti, Məhsul və Müəssisə (restoran) sanitar-gigiyenik normalarının təqdim edilməsi və uyğunluğuna nəzarət etmək
- Təyin olunmuş restoran daxili standartların sahələr üzrə gedişatına birbaşa nəzarət edilməsi
- İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, Sahələrdə (mətbəx, şirniyyat və içəcək, salon) risk analizlərinin aparılması
Həftəlik gələn müştəri şikayətlərinin analizi və hesabatının hazırlanması
- Reseptlərdə dəyişikliklər olduğu zaman yoxlanılması və təsdiqinin təmin edilməsi
İş təlimatlarına və standartlara əsasən analiz və yoxlamaların aparılması
- Standartların tələblərinə uyğun sənədləşmə proseslərinin təqib edilməsi
Aidiyyatı şöbələrdə təlimlərin keçirilməsi
- Şöbələrdə hazırlanmış GMP check listiylə yoxlamaların keçirilməsi və nəticələri barədə məlumatların yazılı olaraq rəhbərliyə bildirilməsi
- Haccp sisteminin tətbiqinə nəzarət etmək
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların hazırlanıb təqdim edilməsi
- İş qrafiki: həftədə 5 gün 09:30-dan - 18:00-dək
- Şənbə günu 10:00-dan - 14:00-dək
- Nahar şirkət tərəfindən qarşılanır
- Əmək haqqı: 700-900 azn
Namizədə tələblər
- Ali təhsil (Qida mühəndisliyi üzrə arzu olunandır)
- Müvafiq sahədə ən azı 2-3 illik iş təcrübəsinə malik olmaq
- Kompüter bilikləri (MS Office);(excell biliyi mütləqdir)
- Problem və konfliktləri həll etmə bacarığı
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq
- Kollektivlə işləmə bacarığı
- Operativ, gördüyü işə cavabdehlik
- Yaş həddi: 25-30 arası
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla sayt yazmaq olmaz! elektron ünvanına göndərmələri xahiş olunur
Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq