KORPORATİV SATIŞ MÜTƏXƏSSİSİ

700 - 1200 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 21 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs MY TYRES LLC
Telefon (012) 570-11-55
E-mail info@mytyres.az
Elanın tarixi 07-10-2024
Bitmə tarixi 07-11-2024
İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
- Potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi
- Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması
- Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması
- Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması
- Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi
- Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı çarpaz təkliflər hazırlanması
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması
- Məhsulun daşınmasını və çatdırılmasına nəzarət olunması.

İş şərtlərimiz:
- Əmək haqqı: 700– 1000AZN + bonus
- İş qrafiki : tam iş günü (5 gün)
- İş saatları: 08:30-dan -17:30-dək
- İş yeri: Ofis Çinar park biznes mərkəzi

Namizədə tələblər

- Ali təhsil
- Korporativ satış sahəsi üzrə minimum 1 il iş təcrübəsi olmalı (avtomobil təkərləri satışı üzrə təcrübə üstünlükdür)
- Avtomobillər və ehtiyyat hissələri haqqında məlumat
- Azərbaycan dili səlis, rus dili biliyi arzuolunandır
- 1C proqramında təcrübə üstünlükdür
- Şəxsi avtomobilin olması üstünlükdür
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.