KREDİT MÜTƏXƏSSİSİ

400 - 500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 21 - 35 yaş
Təhsil Orta
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs "City Finance" kredit təşkilatı
Telefon (012) 310-00-57
E-mail hr@cityfinance.az
Elanın tarixi 26-07-2024
Bitmə tarixi 26-08-2024
İş barədə məlumat

- “City Finance” bank olmayan kredit təşkilatıdır. BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir.
- “City Finance” uzun müddətli və aşağı faiz dərəcəli kredit təklifləri ilə bərabər rahat ödəmə üsulları da təklif edir. Şirkətin iş prinsipini müştəriyə yönəlik fəaliyyət, yüksek keyfiyyətli və daha sərfəli şərtlərlə xidmət etmək təşkil edir.
- “City Finance” bank olmayan kredit təşkilatının prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.
- İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.

“City finance” Bank Olmayan Kredit Təşkilatı MMC Təcrübə proqramı (Lombard kreditləri üzrə) vakansiya elan edir.
Vəzifə Öhdəlikləri:
- Təlimlərdə aktiv iştirak etmək
- Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
- Təlimçi və mentorla interaktiv işləmək
- Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək

- 5 günlük iş qrafiki: 09:00-dan – 18:00-dək
- Qeyd: əmək haqqı + bonus

Namizədə tələblər

- Yaşı 18-dən 30-dək (Ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər və ya magistratura tələbələri)
- Karyerasını satış və kredit işində görmək
- Öyrənməyə açıq olmaq
- Hədəflərlə işləməyi bacarmaq
- Pozitiv ünsiyyət bacarığı
- Komandada işləməyə meyilli olmaq.

Sizə nə vəd edirik:
- Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
- Maliyyə yönümlü ilkin biliklərin qazanılması
- Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi

Qeyd: Təcrübə 1 ay müddətinə full-time şəkildə keçiriləcək. Təcrübə müddətini uğurla keçən namizədlər Lombard kreditləri üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul ediləcəklər.

Lombard kreditləri üzrə kiçik mütəxəssis nə iş görür?
- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək
- Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Təcrübə proqramı (Lombard kreditləri üzrə)” qeyd etməklə sayt yazmaq olmaz! e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.