KREDİT MÜTƏXƏSSİSİ- TƏCRÜBƏ PROQRAMI

400 - 500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 21 - 30 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs City Finance
Telefon (012) 310-00-57
E-mail hr@cityfinance.az
Elanın tarixi 04-10-2024
Bitmə tarixi 04-11-2024
İş barədə məlumat

“City Finance” bank olmayan kredit təşkilatıdır. BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir.
“City Finance” uzun müddətli və aşağı faiz dərəcəli kredit təklifləri ilə bərabər rahat ödəmə üsulları da təklif edir. Şirkətin iş prinsipini müştəriyə yönəlik fəaliyyət, yüksek keyfiyyətli və daha sərfəli şərtlərlə xidmət etmək təşkil edir.
“City finance” Bank Olmayan Kredit Təşkilatı MMC Təcrübə proqramı Kredit mütəxəssisi elan edir.

Hansı özəlliklərə malik olmalıdır?
Təcrübə proqramı – Kredit mütəxəssisi nə iş görür?

- Lombard kreditləri ilə bağlı məlumatların verilməsi.
- Axtarış vasitələri ilə müştəri cəlb edilməsi
- Təcrübədə aktiv iştirak etmək, keçilənləri mənimsəmək və tətbiq etmək
- Mentorla interaktiv işləmək
- Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək

- 5 günlük iş qrafiki: 09:00-dan – 18:00-dək
- Qeyd: təcrübə 1 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər tam ştat işə qəbul ediləcək və əmək haqqı + bonus veriləcək.

Namizədə tələblər

- Yaşı 21-dən 30-dək (Ali ixtisas təhsilini bitirmiş gənclər)
- Karyerasını satış işində görmək
- Öyrənməyə açıq olmaq
- Hədəflərlə işləməyi bacarmaq
- Pozitiv ünsiyyət bacarığı.

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Təcrübə proqramı – Kredit mütəxəssisi” qeyd etməklə sayt yazmaq olmaz! e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.