MARKETİNQ MENECERİ

2500 - 3000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 27 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Aliyeva L.
Telefon (012) 247-81-94
E-mail hr@efendiler.az
Elanın tarixi 11-07-2024
Bitmə tarixi 11-08-2024
İş barədə məlumat

- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
- Şirkətin qısamüddətli və uzunmüddətli strategiyasının hazırlanması;
- Marketinq kampaniyaları, korporativ layihələrlə bağlı kontent yaradılması;
- Analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi və hesabatların hazırlanması;
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
- SMM fəaliyyətinə nəzarət edilməsi;
- Görülən iş və aşkarlanan problemlər barədə hesabatın tərtib edilməsi;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışların aparılması və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verilməsi;
- Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, biznes proses və prosedurların hazırlanmasında iştirak edilməsi;
- Şirkətin PR və Reklam siyasətinin hazırlanması;
- Postlar üçün foto və videoların çəkilişini təşkil edilməsi;
- Müvafiq bölmə üzrə zəif nöqtələrin aşkarlanması və onların aradan qaldırılması üçün düzləndirici fəaliyyətin tərtib və təşkil edilməsi;
- Brendin tanınması və yeni auditoriyaya çatmaq üçün yeni layihələrin hazırlanması;
- Korporativ əlaqələrin yaradılması və təşkili;
- Korporativ saytın idarə edilməsi (müvafiq kontentin əlavə edilməsi, yenilənməsi və s.);
- Daxili və xarici marketinq tədbirlərinin təşkili və aparılması (promo-materiallar və xarici reklamlar);
- Sosial media hesabları və platformaları ilə işlənilməsi;
- Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin edilməsi;
- Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlanması;
- Şirkət üçün maraq doğuran sahələrdə marketinq araşdırmaların aparılması;
- Rəhbərlik tərəfindən ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi
- İş şərtləri:
- Həftədə 6 iş günü
- İş yeri: Babək pr.35
- Əmək haqqı: gross 2500-3000 azn
- AR ƏM əsasən rəsmiləşdirmə
- Karyera inkişafı imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Marketinq meneceri” yazaraq göndərmələri xahiş olunur.

Namizədə tələblər

- Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil;
- Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili biliyi;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Stressə davamlı;
- Problem həll etmə bacarığı;
- Marketinq strategiyaları və büdcələri formalaşdırmaq və icra etmək;
- Yaradıcı düşüncə və yanaşma tərzinə malik olması və müvafiq ideyalar vermək;
- Rəqəmsal marketing istiqamətləri üzrə biliklər;
- Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarığı;
- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.