MEMAR-DİZAYNER

800 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs HR
Telefon (012) 538-30-00
E-mail hr@krc.az
Elanın tarixi 06-09-2024
Bitmə tarixi 06-10-2024
İş barədə məlumat

- Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin etmək
- Layihələrin memarlıq və dizayn hissəsinin işlənib hazırlanmasını həyata keçirmək
- Seçilmiş dizayn üslubundan istifadə etməklə, qrafik dizayn ideyaları təqdim etmək
- Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasını hazırlamaq
- Layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunu təmin edərək vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlamaq
- Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərini nəzərə almaq, onların texniki şərtnaməsini və spesifikasiyalarını hazırlamaq
- Eskiz layihəni aidiyyəti şəxslərlə müzakirə etmək və razılaşdırmaq
- Tikintinin layihələndirilməsində aidiyyəti şəxslərlə birgə işləmək
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi
- Obyektə ilkin baxış və ölçü işlərinin aparılması
- İlkin eskiz layihənin hazırlanması

İş şəraiti:
- 6 günlük iş qrafiki
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Namizədə tələblər

- Memarlıq sahəsi üzrə ali təhsil (mütləqdir)
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
- 3Ds max, Sketch Up, Autocad proqramlarında peşəkar işləyə bilməli, Archicad Lumion bilməyi üstünlükdür
- Tikinti normaları, qaydaları, bilmək mütləqdir
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.