MERÇENDAYZER

400 - 500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 35 yaş
Təhsil Orta
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Tohidə Şixəliyeva
Telefon (012) 514-70-75
E-mail tohida.sh@balli.az
Elanın tarixi 22-11-2024
Bitmə tarixi 22-12-2024
İş barədə məlumat

İş barədə məlumat:
• Şirkət məhsullarının satış nöqtələrində rəflərdə, soyuducularda və ya vitrinlərdə düzgün və cəlbedici şəkildə yerləşdirilməsini təmin etmək;
• Məhsulların rəflərdə və stokda mövcudluğunu mütəmadi olaraq yoxlamaq və çatışmazlıqlar barədə satış təmsilçisinə məlumat vermək;
• Məhsulların keyfiyyət üstünlükləri barədə alıcılara məlumat vermək və kampaniyalar haqqında məlumatlandırmaq;
• Reklam materiallarının (poster, broşür, stend və s.) düzgün yerləşdirilməsinə nəzarət etmək;
• Rəqib məhsulların və bazar tendensiyalarının monitorinqini aparmaq və hesabatlar təqdim etmək;
• Məhsulların yerləşdirildiyi ərazinin təmizliyini və səliqəli görünüşünü təmin etmək.
Əmək haqqı:
• 450 azn
İş rejimi:
• Həftədə içi 09:00dan 18:00, şənbə günü 10:00dan 16:00, 1 gün istirahət;
• İş fəaliyyəti ofis xaricində olacaq, hər gün ofisə gəlmək tələb olunmur.
İş yeri: “Ballı”nın marketlər üzrə nümayəndəsi
Müraciət qaydası:
Vakansiyaya uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Merçendayzer” yazmaqla [email protected] e-mail ünvanına və ya 077 255 77 10 whatsappa göndərmələri xahiş olunur.

Namizədə tələblər

Əsas tələblər:
• Təhsil: Minimum orta təhsil;
• Dil bilikləri: Azərbaycan dili – Əla;
• Yaş həddi: 18 – 35;
• Cinsi: Qadın;
• Təcrübə: minimum 1 il iş təcrübəsi;
• Xarici görünüş: Gülərüz, səliqəli və xoş görünüşlü;
• Yüksək təqdimat bacarığı.
Fərdi keyfiyyətlər:
• Yüksək kommunikasiya bacarığı;
• Məsuliyyətli, operativ və müştəri yönümlü;
• Nəticə əldə etməyə fokuslanmış;
• Komandada işləmə qabiliyyəti.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.