İş barədə məlumat- Topdansatış və pərakəndəsatış ticarətçiləri və fərdi istehlakçılar arasında şirkətin təklif etdiyi məhsullara, konkret məhsul markasına tələbatı stimullaşdırmaq
- Bazara hazırlıq və ya yeni məhsulun layihələndirilməsi üzrə: yeni məhsul haqqında istehlakçıları məlumatlandırmaq; potensial alıcı seqmentini formalaşdırmaq.
- Yeni bazara çıxış üzrə: satışı intensivləşdirmək; potensial alıcıların sayını artırmaq; məhsul seçimində alış motivinə diqqəti cəlb etmək və alışı stimullaşdırmaq; məhsul istehsalçısı və müəssisənin imicinə lazımi münasibəti formalaşdırmaq; məhsulların satış coğrafiyası haqqında məlumat vermək.
- Kütləvi satış üzrə: istehlakçı qruplarını stabilləşdirmək; satışın optimal səviyyəsini və məhsulun rəqabət qabiliyyətini təmin etmək; satışı genişləndirmək.
- Tələbın formalaşdırılması: istehlakçıların yeni məhsullara tələbatının formalaşması ilə əlaqədar köhnə məhsulların reklamını dayandırmaq (demarketinq funksiyası); yeni məhsulu reklam etdirmək; istehlakçılarda alış qərarlarını formalaşdırmaq.
- Geniş istehlakçılara və mütəxəsislərə hesablanmış reklam vasitələrini (reklam materiallarını və reklam daşıyıcılarını) paylamaq.
- Ticarət nöqtələrinin satış rəflərində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirilməsini, standarta uyğun düzülüşünü təmin etmək.
- Müəssisənin reklam tədbirlərinin effektiv planlaşdırılması, qərarların qəbul edilməsi, onların həyata keçirilməsi və əldə olunmuş nəticələrin qiymətləndirilməsində iştirak etmək.
- Bilməlidir: marketinqin təşkilinin əsasını; ilkin sənədlərin formasını və onların doldurulma qaydasını; hesablamaların aparılması və hesabatın tərtib olunma qaydasını; satışın təşkilinin formalarını; müəssisənin bölmələrinin strukturunu; daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
- İş yeri: Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 1
- İş qrafiki: 5 günlük iş qrafiki, saat 09:00-dan 18:00-dək
- İşə qəbul, AR Əmək Məcəlləsi əsasında.
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək.