İş barədə məlumat- Müəssisədə avadanlıqların təmirini təşkil etmək
- Bütün avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirtmək
- İşdə müasir texniki vasitələrin istifadəsi üzrə təkliflər vermək
- Texniki xidmətlərlə bağlı hesabatlar hazırlamaq
- Dəzgah və mexanizmlərin ayrı-ayrı hərəkətli hissələrinin sıradan çıxması və yeyilməsinin səbəbini təyin etmək
- İllik texniki xidmət planına uyğun olaraq planlı təmirini təşkil etmək
Əlavə məlumat:
- İş rejimi: 6 günlük
- İş saatı: Həftə içi 08:00-dan - 17:00dək
- Şənbə günü 08:00-dan - 15:00-dək
- Nahar şirkət hesabına
- Bakı və Sumqayıt şəhərlərindən servis xidməti
- Əmək haqqı: 900 -1200 AZN (Müraciətçinin bilik və bacarığına uyğun olaraq)
- İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129. (Hökməli dairəsinin yaxınlığı)
Namizədə tələblər
- Bəy namizəd
- Yaş həddi: 25-45
- Təhsili: Orta ixtisas, Ali
- Müvafiq sahə üzrə minimum 1 il təcrübə
- Operativlik
- Problemləri həll etmə bacarığı
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi e-mail ünvanına göndərməyiniz xahiş olunur
CV-nizi göndərdikdə mövzu (tema ) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Mexanik-çilingər” qeyd etməyiniz xahiş olunur